Ermənilərdə utanan sifət yoxdur:  Qərbdən pul almaq məqsədi... - ŞƏRH

6-cı Paris Sülh Konfransının panel müzakirələrində  Ermənistanın baş naziri Nikol Paşinyan saxta etnik təmizlənmə ilə bağlı Azərbaycanın ünvanına qərəzli iddialar səsləndirib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransında səsləndirdiyi iddialarla bağlı bəyənat verib.
XİN-in bəyənatında deyilib ki, 
10 noyabr 2023-cü il tarixində Ermənistan baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini  nümayiş etdirir. 
Nazirlik bildirir ki, “Ermənistanın Baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizlənmə"yə məruz qaldığı ilə bağlı iddialarını qətiyyətlə pisləyir və rədd edirik: "30 ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, uşaq, qadın və qocaya heç bir fərq qoymadan azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törətmiş Ermənistanın Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini Baş nazirə bir daha xatırladırıq. Ermənistanın Baş nazirinin Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verilməsi isə tamamilə əsassızdır. Məhz Ermənistan tərəfi Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib və bununla da bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib.
Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir.
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq. Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir”.
  Millət vəkili Azər Badamov da "Sherg.az"a açıqlamasında deyib ki, soyqırımılar və etnik təmizlənmələri Ermənistan azərbaycanlılara qarşı törədib:

"Yəqin Nikol Paşinyan Xocalı, Xocəvənd, Meşəli və digər soyqırımıları kimin tərəfindən törədildiyini,  90-cı illərin əvvəlində  750 min azərbaycanlını öz vətənində məcburi köçkün həyatına məcbur edildiyini  unudub. O cümlədən 250 mindən çox azərbaycanlını Ermənistandan güc yolu ilə deportasiya edildiyini yaddan çıxardıb. Amma  Azərbaycanın ermənilərə bütün hüquqlarının təmin ediləcəyini və harasa getməyinə ehtiyac olmadığını bəyan etməsinə baxmayaraq, könüllü şəkildə ərazilərimizi tərk edərək Ermənistanda yaşmağa üstünlük verənlərə etnik təmizlənmə adını qoyulması sərsəmlikdən başqa bir şey deyil. Burda bir nəticə çıxartmaq olar ki, Paşinyanda, o cümlədən ermənilərdə utanmaq sifəti yoxdur.
Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Qərbdən pul almaq məqsədilə Azərbaycanın ünvanına səsləndirməkdə davam etdiyi qərəzli ifadələrdən əl çəkməlidir. Ermənistan Azərbyacana qarşı belə saxta ittihamlarla özlərinə haqq qazandırmağa davam etdikcə ölkələrimiz arasında sülhdən danışmaq mümkün olmayacaq. Sülh müqaviləsinin imzalanması üçün qarşılıqlı etmidad mühiti yaranmalıdır".