Mərkəzi Bankın rəhbərliyinə yeni təyinatlar olub

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub.
Sherg.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın Hüquq departamentinin direktoru Rəna Məlikova, AMB sədrinin müşavirləri Şahin Mahmudzadə və Rəşad Məmmədov Mərkəzi Bankın baş direktorları təyin ediliblər.