Qazaxıstanda yanvar hadisələrinə görə 1396 nəfər həbs edilib

Qazaxıstanda yanvar hadisələrinə görə 1396 nəfər həbs edilib.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanvar hadisələrinə görə 1396 nəfərin məhkum edildiyini bildirib.

Məhkəmə cinayət məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq davam edir.

İndiyədək kütləvi ixtişaşların iştirakına və təşkilinə görə 574 nəfər (kütləvi ixtişaşların təşkilinə görə 12 nəfər) məhkum edilib.