Fədayə Laçının Zeynəb Xanlarovadan istəyi

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarova ilə bağlı paylaşım edib. 


Axşam.az-ın məlumatına görə, ifaçı Zeynəb Xanlarovadan AzTV-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı təşkil etdiyi konsertdə geyindiyi libası ona hədiyyə verməsini istəyib.

"Bu paltarını mənə bağışlasın. Boynundakını istəmirəm. Onun saxtası məndə var. Mənə bağışladığı paltarı geyinib, onun mahnılarından ibarət "Mənim Zeynəbim" adlı konsert proqramı ilə çıxış edəcəyəm. Arzumu həyata keçirin, bax, ölüb-edəcəyəm yanıb-yaxılacaqsınız" deyə, F.Laçın sosial media hesabında yazıb.