Elvin Basqallı: "Qəzadan hamımız xəsarətsiz qurtulmuşuq"

"Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq". 
Sherg.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə  düşdükləri avtomobil qəzasından danışarkən deyib. 
Elvin Basqallı hər kəsin qəzadan sağ-salamat qurtulduğunu deyib:

"Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram".