Baş Prokurorluq üçün parkda yeni bina tikilir - Foto

Bakının Binəqədi rayonu Süleymani Sani Axundov küçəsində, Binəqədi Gənclər Evinin yanında Baş Prokurorluq üçün yardımçı bina tikilir.
Bu barədə Axar.az-a Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, yaşıllıq və ağaclar olan ərazi abadlaşdırılır, eyni zamanda parkın bir hissəsində Baş Prokurorluq üçün əlavə bina tikilir.
Binanın Baş Prokurorluğun idarələrindən biri üçün nəzərdə tutulduğu vurğulanıb.

Telegram Widget
Baş Prokurorluq üçün parkda yeni bina tikilir