Türk kosmonavt yeni sözlər kəşf etdi

Alpər Gezeravcının fevralın 2-də Orlando sahillərində okean üzərinə enəcəyi planlaşdırılıb

  İlk türk kosmonavt Alpər Gezeravcı kosmik tədqiqatlarını sonlandırmaq üzrədir. Kosmonavt 2 gün sonra Yerə qayıtmalıdır. Türkiyə Kosmik Agentliyi isə A.Gezeravcının iştirak etdiyi kosmik tədqiqatlara aid yeni terminlərin adlarını açıqlayıb. Agentlik bu terminləri özünün sosial media hesabı üzərindən paylaşıb. Tədqiqatları əhatə edən "MESSAGE" də "UzMAn" terminlərinin nəyi ifadə etdiyi məlum olub. Məsələn, "UzMan" tədqiqatı zamanı RNA-düzülüş tanıtımının açıqlaması "RNA, genlərin proteinlərə çevrildiyi bir molekuldur. RNA- düzülüş isə hüceyrə və ya toxumaların nümunələrində rast gəlinən RNA molekullarının düzülüşünü müəyyənləşdirmək üçün tətbiq edilən üsuldur”, yazılıb. Bu üsulla hüceyrə və toxumalardakı gen ekspresyonu, yəni genlərin nə qədər aktiv olduğu asanlıqla müəyyən edilə bilir. “UzMan” tədqiqatında ISS-in cazibə qüvvəsi olmayan ortamlarda mikroalglərin metabolizmalar üzərindəki təsiri hüceyrə və molekullar düzülüşü ilə ilk dəfə müəyyənləşdiriləcək. “MESSAGE” kəlməsi isə kosmik stansiyada aparılan başqa bir tədqiqatın – yaşlanmaya təsir edən amillərin tədqiqatı əhatə edir. Bundan başqa, “gen ifadələri”, “gen əlaqələri analizi”, “Apoptoz”, “Hüceyrə proliferasiyası”, “İmmunsistemə cavab” kimi ifadələr də var ki, bunlar da aparılan tədqiqatları əks etdirir. A.Gezeravcının fevralın 2-də Dragon kapsulunun içində Orlando sahillərində okean üzərinə enəcəyi planlaşdırılıb.