Terrorçuların Türkiyə bəyanatı araşdırıldı: “Məqsəd ...”


İŞİD terror təşkilatının üzərinə götürdüyü Moskvada terror aktını törədən hücumçularla bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Sherg.az xəbər verir ki, terrorçular ilk ifadələrində Türkiyədən Rusiyaya keçdiklərini bildiriblər.

Təhlükəsizlik mənbələri bu ifadələr üzərinə hərəkətə keçərək terrorçuların Türkiyəyə hansı tarixlərdə və hansı məqsədlə daxil olduqlarını açıqlayıb.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, tacik hücumçulardan ikisinin uzun müddətdir Moskvada yaşadığı və Rusiyada qalma müddətini uzatmaq üçün ölkəni tərk etməli olan hücumçuların Türkiyəyə gəldiyi müəyyən edilib. coğrafi yaxınlıq və Rusiya-Ukrayna müharibəsindən sonra tətbiq edilən embarqolar onlara başqa   variant buraxmayıb.

Haqqında heç bir “axtarış qeydi” olmayan hücumçuların pasportlarından istifadə edərək Türkiyə ilə Rusiya arasında səyahət edə bildikləri bildirilib.

Hücum edənlərdən Şəmsidin Fəriduninin fevralın 20-də Rusiyadan Türkiyəyə hava yolu ilə daxil olduğu, martın 2-də isə İstanbulun Fatih şəhərindəki oteldə qaldıqdan sonra İstanbul Hava Limanından Rusiyaya getdiyi müəyyən edilib.

Müəyyən edilib ki, digər hücum edən Səidəkrami Murodəli Rəçabalızoda yanvarın 5-də İstanbula gəlib, bir müddət Fatihdəki oteldə qalıb, sonra Fəriduni ilə eyni təyyarə ilə Moskvaya qayıdıb.

Bildirilib ki, Fəriduni ilkin ifadəsində vizasının müddəti bitdiyi üçün Türkiyəyə gedib-gəldiyini etiraf edib.

Təhlükəsizlik mənbələri iki hücumçunun Rusiyada radikallaşdığını, Türkiyədə keçirdikləri müddətin qısa olduğunu və bu müddətin “radikallaşma” üçün kifayət etmədiyini qiymətləndirib.