İngilis mediası: İmamoğlu qalib gələ bilməz

Böyük Britaniyada yerləşən BBC 31 martda keçiriləcək  bələdiyyə  seçkiləri çərçivəsində İstanbulu təhlil edib. Seçki qutularının qurulmasına saatlar qalmış bu seçkilərin 2019-cu illə müqayisədə müxalifət üçün daha çətin keçəcəyi bildirilib.

Təhlildə vurğulanıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədrliyini idarə etmək üçün aparılan mübarizə “Türkiyənin gələcəyinin açarı”dır.

Sherg.az xəbər verir ki, milyonlarla seçicinin bazar günü xüsusilə Türkiyənin ən böyük şəhərlərini kimin idarə edəcəyinə qərar vermək üçün qutuların başına gedəcəyi xatırladılıb.

İstanbul “Türkiyənin iqtisadi və sosial dinamosu” adlandırılarkən, Əkrəm İmamoğlunun 5 il əvvəl bir araya gələn müxalifət sayəsində İBB başkanlığını qazandığı bildirilib.


2024-cü il seçkilərində vəziyyətin fərqli cərəyan etdiyi diqqətə çatdırılıb və qeyd olunub:

Müxalifət son seçkilərdən fərqli olaraq artıq birləşmir. Sorğular göstərir ki, İstanbulda yarış çox gərgin keçəcək.


Bu səbəblərdən Cümhur İttifaqının namizədi Murat Kurumun üstünlüyü qeyd edilib.


Xəbərdə vurğulanır ki, İmamoğlu 2019-cu ildə məhz altı partiyalı koalisiyanın dəstəyi ilə qalib gəlib:


Amma ötənilki prezident seçkiləri məğlubiyyətindən sonra müxalifət süqut edib. Digər müxalifət partiyalarının, o cümlədən DEM Partiyasının da öz namizədləri var.

Mövcud vəziyyətə gəlincə, “Bu, İmamoğlunun qalib gəlmə şansına zərər verə bilər”-deyə bildirilir.