CHP lideri Özəldən Meral Akşenerə cavab: "Canı sağ olsun, bacımdır"

CHP sədri Özgür Özəl Manisanın Turqutlu rayonundakı Koza Pazarı meydanında ictimaiyyətlə görüşüb.

Sherg.az xəbər verir ki, seçkilərə az vaxt qaldığını deyən Özəl bura yenidən salamlaşmaq və həsrətini ödəmək üçün gəldiyini bildirib.

Özgür Özəl CHP-nin Balıkəsirdə keçirilən mitinqində açılan afişa ilə bağlı dediklərinə bir cavab almaq üçün bütün medianın onu təqib etdiyini olduğunu bildirib.

Müxalifətə qarşı çıxmadığını bildirən Özəl daha sonra deyib: "Müxalifət liderlərini təhqir etmədim. Mən ona bacı deyəcəkdim, amma dünən "bacı, macı deməyin" deyib. Onlar nə qədər  gərginləşdirməyə çalışsalar da,  nə qədər istəsələr də, köhnə dost düşmən ola bilməz. Atatürkçü və vətənpərvər insanlar bir-birinə pislik etməz, bir-birinin ayağını qazmazlar. Biz onların qəlbində, gözlərində günəşik. Cavabim iki sozdur. Canı sağ olsun, bacımdır. Keçmiş dost düşmən olarmı?" .