Fitso: Slovakiya Azərbaycan qazını alıb Ukraynaya ixrac etməkdə maraqlıdır

Slovakiya Azərbaycan qazını almaq və Ukraynaya ixrac etməkdə maraqlıdır.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata birgə bəyanatında bildirib.
Robert Fitso deyib ki, kiçik hərbi aerodrom və enerji sahəsində layihələr Slovakiya üçün maraqlıdır: “Ukrayna müharibəsi ilə əlaqədar Azərbaycandan qaz idxalı da hamı üçün maraqlıdır. Biz ədalətli qiymətlərə ümid edəcəyik. Əminəm ki, Avropa səviyyəsində də müsbət əhval-ruhiyyə yaradacağıq. Biz təkcə qaz almaq yox, onu Slovakiya üzərindən Ukraynaya idxal edə bilərik. Bu, həm Slovakiya, həm də Ukrayna üçün faydalı ola bilər. Bu, çox yaxşı layihə ola bilər”.