Xəzərdə süni torpaq sahəsinə görə icarə haqqının məbləği müəyyənləşdiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müəyyənləşəcək.
Bu, Prezident İlham Əliyevin "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb

Nazirlər Kabineti süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləğini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.