Sabirabadda Polis Günü ilə bağlı tədbir keçirildi

Sabirabad Rayon Polis Şöbəsində Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib.
Axar.az xəbər verir ki, tədbirdə rayonun icra başçısı Siraqəddin Cabbarov, Sabirabad Polis Şöbəsinin rəisi, polis polkovniki Ramil Qədirov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.

Sonda tədbir iştirakçıları şəhid ailələri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.