Cənubi Koreya prezidenti hərbi vəziyyət qərarını ləğv edəcək

Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətlə bağlı verdiyi qərarı ləğv edəcəyini açıqlayıb.

Sherg.az yerli mənbələrə istinadən bildirir ki, bununla bağlı hökumət yaxın saatlarda iclas keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu gün Cənubi Koreya Prezidenti ölkədə hərbi vəziyyət elan etmişdi. Daha sonra parlament bu qərarı səs çoxluğu ilə etibarsız saymışdı.