Türkiyə Xarici işlər naziri Hakan Fidan 15-ci səfirlər konfransında çıxış edib.
Sherg.az xəxəbər verir ki, Fidan, “Biz xarici siyasətdə hərtərəfli və əhatəli siyasət yürüdürük” deyib.
Nazir çıxışında Suriyadakı vəziyyətlə bağlı bunları deyib:
"Suriyadakı hadisələr bizə ümid işığı verdi. Biz deyirdik ki, Suriyada sülh və sabitlik beynəlxalq konsensusla əldə olunacaq.
Rejim öz xalqı ilə barışmağa çalışmırdı. Prezidentimizin onların çağırışlarına müsbət cavab verməməsi nə qədər haqlı olduğumuzu ortaya qoydu.
İndi diqqəti Suriyanın gələcəyinə yönəltmək lazımdır.
Biz müxtəlif etnik qrupların bir yerdə yaşadığı Suriyanı xəyal edirik.
Biz lazımi dəstəyi göstərməyə hazırıq. Biz bütün tərəflərlə koordinasiyada olacağıq.
Biz Suriyanın ərazi bütövlüyünü təmin etmək üçün istənilən məsuliyyəti öz üzərimizə götürməyə hazırıq.
Suriyalıların təhlükəsiz və könüllü şəkildə geri qayıtmaları üçün əlimizdən gələni edəcəyik.
DEAŞ və PKK-nın mövcud vəziyyətdən faydalanmasının qarşısını almaq Suriyanı təhlükəsiz edəcək.
Hamı suriyalıları tərk edəndə Türkiyə onların yanında oldu.
“Çətin günlərdə suriyalı qardaşlarına əl uzadmış Türkiyə, Dəməşqdə açılan yeni səhifədə onların yanında olacaq”.