Daxili İşlər Nazirliyinin 100-dən çox əməkdaşı istefa ərizəsi yazıb

"Mən dəqiq bilirəm ki, Qomelauri ofisində təmin edilməyən 100-dən artıq istefa ərizəsi yazılıb".

24News.ge xəbər verir ki, bu barədə “Gürcüstan naminə Qaxariya” partiyasının lideri və keçmiş baş nazir Qiorgi Qaxaria məlumat verib.

Onun sözlərinə görə, qurumdan çox böyük kadr axını var ki, onun bərpası illər çəkəcək:

"Qurumun normal idarəçiliyi və normal fəaliyyət göstərdiyi bir vaxtda biz Daxili İşlər Nazirliyində heç vaxt islahatları başa çatdırabilməmişik. Nə qədər kadr axını olduğunu görməlisiniz, ləyaqətli polislərin əksəriyyəti Amerikada maşında oturub sürücülük edir. Çox adam qaçdı, kimi qaça bilmədi, kimi susdu, rüşvət aldı, qorxuduldu. Bu, ən böyük faciədir. İndi baş verənləri bərpa etmək üçün illər lazım olacaq. Polis tam müstəqil olmalıdır və seçkilərdən sonra görülməli olan ilk şey DİN-i tam siyasətdən çıxarmaqdır” - deyə Qaxaria bildirib.