
"Yaxın perspektivdə Zelenski istefa verəcək" - RƏY
Yusif Nəzərli
11:12 26.03.2025
Siyasət
470
"Ukraynanın ordunu maliyyələşdirmək üçün pulu yoxdur". Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Time” jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, Ukraynanın büdcəsi ordunun ehtiyaclarını maliyyələşdirmək üçün kifayət etmir, ona görə də Kiyev Avropanın dəstəyinə ümid edir.
"Əgər atəşkəs olsa, fasilə yaransa, ordu dözə biləcəkmi? Onların istirahətə, rotasiyaya, ehtiyata, maaşa ehtiyacı var. Məncə, bu, əsl problemdir, çünki ordu həmişə indikindən daha kiçik olub. Ordu əvvəlkindən üç dəfə çox olanda isə onu maliyyələşdirmək lazım gələcək. Ukrayna bunun öhdəsindən gələ bilməz", - deyə Zelenski söyləyib.
Onun fikrincə, Ukrayna ordusu üçün vəsaitin ayrılması üçün xüsusi proqramlar olmalıdır: "Avropa onları maliyyələşdirməlidir. İdealı olaraq isə Avropa və Amerika maliyyələşdirməlidir. Amma indiki şəraitdə mən daha çox Avropaya güvənirəm".

Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a deyib ki, Ukraynanın maliyyə problemləri getdikcə dərinləşir və hazırda Kiyevin yeganə ümidi xarici dəstəyə, xüsusilə ABŞ və Avropaya bağlıdır:
"Prezident Volodimir Zelenski Vaşinqton və Avropanın Ukraynaya kömək edəcəyinə əmin olmaq istəyir. Lakin Kiyev anlayır ki, artıq təkcə ABŞ-a güvənmək real deyil. Çünki Donald Tramp və onun komandası hazırda Rusiyanın əlinə oynayır. Eyni zamanda, mövcud vəziyyətdə Ukraynanın Avropanın dəstəyinə hər zamankından daha çox ehtiyacı var. Zelenskinin son açıqlamaları bir növ Avropa ölkələrinə psixoloji və emosional təzyiq, eləcə də bir mesaj kimi qiymətləndirilə bilər. O, açıq şəkildə bildirmək istəyir ki, Ukraynanın vəziyyəti ağırdır və təcili yardıma ehtiyacı var. Prezident eyni zamanda vurğulamaq istəyir ki, bu gün Kiyevin yanında durmasalar, sabah Avropanın təhlükəsizliyi də ciddi təhdid altına düşə bilər. Bununla belə, Avropanın Ukraynaya dəstəyi tam deyil, məhdud çərçivədə olacaq. Ümumilikdə isə hesab edirəm ki, yaxın perspektivdə Zelenski istefa verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya