
Trampın regiondakı oyun planı - ŞƏRH
Yusif Nəzərli
04:24 18.05.2025
Gündəm
407
600 milyardlıq əməkdaşlıqla ABŞ Yaxın Şərqdə rəqiblərinə meydan oxuyur
ABŞ və Səudiyyə Ərəbistanı 600 milyard dollardan çox məbləğdə sazişlər və investisiya öhdəlikləri paketi imzalayıblar. Bu, iki ölkə arasında iqtisadi əməkdaşlıq tarixində ən böyük sövdələşmədir.
Ağ Evin yaydığı məlumata görə, imzalanma mərasimi Ər-Riyadda ABŞ Prezidenti Donald Tramp və vəliəhd şahzadə Məhəmməd bin Salmanın iştirakı ilə baş tutub və onlar hər iki ölkənin strateji tərəfdaşlığı dərinləşdirmək və uzunmüddətli iqtisadi rifahı təmin etmək niyyətini təsdiqləyib. ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə müqaviləsinin dəyəri 142 milyard dollardır.

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Səudiyyə Ərəbistanına veriləcək silahlar əsas etibarı ilə İran və husilərlə mübarizə üçün lazımdır. Ekspertin sözlərinə görə, husilər Səudiyyə torpaqlarına tez-tez hücumlar edir ki, bu da krallığın təhlükəsizliyi üçün ciddi təhdiddir:
"İmzalanmış sazişin əsası məhz sahil və hava müdafiəsinin gücləndirilməsi ilə bağlıdır ki, bu da son zamanlar Yəməndən Səudiyyə Ərəbistanına artan hava hücumu ilə bağlıdır. İmzalanan sazişlər böyük ölçüdə ABŞ-nin bölgədəki rəqiblərini zəiflətməyə yönəlmiş addım kimi xarakterizə oluna bilər. Vaşinqton İranın bölgədəki fəaliyyətindən ciddi şəkildə narahatlıq keçirir. Nüvə proqramı ilə bağlı Omanda aparılan danışıqların müsbət istiqamətdə getdiyi bildirilsə də, bu ölkədən gələcəkdə gələcək zərbələr regionda ciddi gərginliyə səbəb ola bilər. Tramp administrasiyası Körfəzətrafı müttəfiqləri və İsrailin təhlükəsizliyindən ciddi şəkildə narahatlıq keçirir. Buna görə də regionda İrana qarşı əsas güc olan Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafı ABŞ üçün prioritet təşkil edir. Bu müqavilə ilə Tramp eyni zamanda Rusiya və Çinin Səudiyyə üzərində təsirini də azaltmış oldu".
Z.Əmrəliyevin fikrincə, yeni müqavilə krallığın Rusiya və Çinlə olan əməkdaşlığına məhdudiyyətlər gətirir:
"Bayden admistirasiyasının bölgədə fəallıq göstərməməsi səbəbindən Rusiya və Çin Səudiyyə ərazisində iqtisadi və hərbi fəallığını artırmışdı. Tramp yeni müqavilə ilə bu ölkələrin təsir gücünü qırdı. Ər-Riyad ABŞ ilə bərabər İsraillə də münasibətləri gücləndirir ki, bu da regionda yeni güc mərkəzinin meydana çıxmasına səbəb olur. Hazırda ərəb dünyasının gözlədiyi Qətər və Səudiyyə Ərəbistanının bu müttəfiqlikdən Fələstin məsələsinin həllində istifadə edib-etməyəcəyidir. Ehtimal ki, Məhəmməd bin Salman Trampı "Qəzza planı"ndan vaz keçməsi üçün razı salmağa çalışacaq. İstənilən halda, imzalanan saziş ABŞ-nin Yaxın Şərqdəki mövqelərinin gücləndirilməsi və Səudiyyə Ərəbistanının ərəb dünyasının lider dövlətinə çevrilməsi ilə nəticələnəcək prosesin başlanğıcını qoymuş oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual