
Qiyməti tələb-təklif yox, məmurlar müəyyən edir- EKSPERT
22:26 30.09.2025
Sosial
414
Natiq Cəfərli: “Qiymət artımı bacarıqsız idarəçiliyin vətəndaşa yüklənməsidir”
“Parklanmadan toplanan pullar hara gedir - ictimaiyyətə hesabat verilməlidir”
Bakıda ictimai nəqliyyatın necə işləməsi insanların verəcəyi qiymətə bağlıdır. Bu günlərdə ictimai nəqliyyatda növbəti qiymət artımı baş verdi". Bunu Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib. O qeyd edib ki, bununla bağlı hansısa iqtisadi əsaslandırmalar ola bilər:
"Amma biz burada imtiyazlı təbəqənin probleminin həllinə dair heç nə görümürük. Tələbələr və digər imtiyaza malik şəxslərin durumu necə olacaq? Bu, aşağılarda narazılığa səbəb olur. Hava limanında da taksi məsələsi hələ də problem olaraq qalır. Necə olur ki, Naxçıvandan bir nəfər 50-60 manat verib Bakıya gəlir, amma şəhərə gəlmək üçün taksi ondan 40-50 manat alır? Bununla bağlı Ombudsmanın da reaksiyası var. Düşünürəm ki, məsələni diqqətdə saxlayıb onun həllinə nail olmaq lazımdır".
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə Sherg.az-a açıqlamasında deyib ki, əvvəllər belə qərarları Tarif Şurası verirdi, indi isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə gediş haqqını 20 faiz artırıb:

“Əslində, nazirliyin məsuliyyəti öz üzərinə götürməsi yaxşıdır, ümumiyyətlə, Konstitusiyaya zidd Tarif Şurası ləğv edilməlidir. Lakin qiymət artımı ilə bağlı nazirliyin açıqlaması insanı əsəbiləşdirir. Guya ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib. İctimai nəqliyyatda son illərdə bir neçə dəfə qiyməti artırıblar, bu, keyfiyyəti yüksəldibmi – təbii ki, yox. Qiymət artımı bacarıqsız idarəetmənin, qeyri-şəffaf xərcləmələri vətəndaşa yük etməkdir, başqa anlamı, məramı yoxdur. İstənilən sahədə rentabellik olmadıqda ilk görüləcək iş xərcləri azaltmaqdır. Bizim hökumətin “məntiqində” isə ilk addım qiymətləri artırmaq olur. Daha bir maraqlı məqam budur ki, nağd ödənişlərdə qiymət artmayıb, deməli, nazirliyin nağd ödənişlərdə öz marağı var, bu yolla nəğd ödənişlər təşviq edilir. Son 15 ildə 55 dəfə ictimai nəqliyyatda gediş haqqı ilə bağlı təkliflər vermişik, ödənişin zamana bağlı olmasının doğruluğunu sübut etmişik: saatlıq-günlük-aylıq-illik biletlər olmalıdır, zaman artdıqca da qiymət enməlidir. Kimə deyirsən, mədəni yanaşmanı qəbul etmirlər, bildikləri yol, vətəndaşı yükləməklə öz problemlərini həll etmək yoludur”.
N.Cəfərlinin fikrincə, sadəcə imtiyazlı təbəqə üçün əlavə güzəştlər yox, ümumiyyətlə, hər gün nəqliyyatdan istifadə edən sərnişinlər üçün gündəlik, həftəlik, altı aylıq və illik gediş biletləri olmalıdır. Bu təcrübənin Avropa ölkələrində tətbiq olunduğunu xatırladan iqtisadçı qeyd edib ki, bu sistem sərnişinlər üçün həm daha sərfəli, həm də rahatdır:
“Sözsüz ki, şagird, tələbə və təqaüdçülər üçün ad-soyada bağlı kartlar olmalıdır, qiyməti isə normal qiymətlərdən azı 2 dəfə ucuz olmalıdır. İldə 2-3 dəfə səs-küy salıb nəqliyyatda gedişhaqqından danışıb, sonra artırırlar, amma qeyd etdiyim kimi bu qiymət artımı keyfiyyəti dəyişmir, müştəri məmnuniyyəti yaratmır”.
Hava limanındakı taksi məsələsinə gəldikdə isə iqtisadçı bildirib ki, AYNA-nın müvafiq qurumu qiymət cədvəli çıxardıb, taksilərə onların müəyyən etdiyi qiymətlərlə xidmət göstərməyi tələb edir, sonra da deyir ki, qiyməti tələb-təklif formalaşdırır: “Belə ağ yalan insanın əlini üzündə qoyur. Başqa bir məsələ də var – AYNA-nın digər qurumu, “AzParking” MMC şəhərdə parklanmaya görə vəsait toplayır. Bu günə qədər bir ayda, il ərzində nə qədər vəsait yığıldığını, toplanan vəsaitin hara xərcləndiyini açıqlamır. Hörmətli məmurlar, bu, kommersiya sirri deyil, dövlət sirri heç deyil, vəsaiti məndən, vətəndaşdan toplayırsınız, zəhmət çəkin, hesabat verin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət