İran və Türkiyə müdafiə nazirləri sərhəd təhlükəsizliyini müzakirə etdilər
16:50 02.10.2025
Region
349
İranın müdafiə naziri, general Əziz Nəsirzadə çərşənbə günü axşam Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.
Teleqraf xəbər verir ki, qarşılanma mərasimindən sonra nümayəndə heyətləri arasında görüş keçirilib. Nəsirzadə bölgədə baş verən son hadisələri şərh edərək, İsrailin dəfələrlə Qəzzaya, Livana, Yəmənə və Suriyaya, hətta Qətərə də hücumlar etdiyini qeyd edib: “Yuxarıda qeyd olunanlar, günahsız insanların qətlə yetirilməsi uşaq qatili İsrailin işğalçılıq ambisiyalarından xəbər verir".
İranın müdafiə naziri əlavə edib ki, bu gün regionun bütün ölkələri İsrailin cinayətlərini pisləmək və onlara qarşı mübarizə aparmaq zərurətində həmfikirdirlər. O, iki ölkə arasında əlaqələrin səviyyəsinin yüksəldilməsində hərbi əməkdaşlığın gücləndirilməsinin rolunu vurğulayaraq Türkiyə müdafiə nazirini Tehrana səfərə dəvət edib. İranlı nazir həmçinin İran və Türkiyəni “müxtəlif regional, beynəlxalq və islami məsələlərdə təsirli ölkələr” adlandırıb və əlavə edib ki, “iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması həm də hərbi əlaqələrin güclənməsinə səbəb olacaq”.
"Ankaraya səfər həm də Türkiyə ilə 500 kilometrlik sərhədimizin sabitliyinə və təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasında müdafiə və hərbi əlaqələrin gücləndirilməsinə ehtiyac var və bu səfər məhz bu məqsədlə həyata keçirilir", - general Nəsirzadə qeyd edib.
Türkiyənin müdafiə naziri öz növbəsində İranın müdafiə nazirinin Ankaraya səfərinin əhəmiyyətini qeyd edərək, bunu iki ölkə arasında müxtəlif sahələrdə sıx əlaqələrin bariz göstəricisi hesab edib. “Regiondan kənarda bəzi hökumətlərin göstərişi ilə qeyri-sabitlik və etibarsızlıq yaratmağa çalışan terrorçu qrupların bölgədə olmasını” əsas gətirən general Gülər Tüqrkiyənin terrorla mübarizədə və regionda təhlükəsizliyin yaradılmasında əməkdaşlığa hazır olduğunu bildirib.
O həmçinin vurğulayıb ki, İran Türkiyənin təhlükəsizliyini özününkü hesab etdiyi kimi, Türkiyə də, xüsusən də ümumi sərhədlərimiz boyunca təhlükəsizliyin artırılması üçün hər cür səy göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm