
Seçicilər artıq Saakaşviliyə etimad göstərmirlər - RƏY
03:52 03.10.2025
Region
303
"Gürcü Arzusu" Partiyası yenə qalib gələcək
Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvili deyib ki, hər bir ölkənin tarixində elə məqamlar olur ki, yerindəcə və dərhal hərəkətə keçmək lazımdır. Onun iddiasına görə, hazırkı hökumət qarşıdan gələn parlament seçkilərində növbəti dəfə qələbə qazansa, ölkədə müstəqil media və institutlar məhv ediləcək, çoxlu sayda həbslər olacaq: "Bütün bunlar olarsa, ümumi ümidsizlik baş qaldıracaq və Qərb bizdən əl çəkəcək. Ona görə də ayın 4-də ayağa qalxmaq, ölkəmizi xilas etmək üçün son şansdır. Odur ki, 4-də gəlin və sona qədər dayanın. Azadlıq indi və ya heç vaxt".
Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. M.Saakaşvilinin Milli Hərəkat Partiyası həmin gün Tbilisidə izdihamlı mitinq və küçə yürüşləri elan edib. Partiya təmsilçiləri nümayişlər zamanı sərt addım ata biləcəklərini açıqlayıblar. Gürcüstan rəsmiləri mümkün hadisələri Saakaşvilinin hakimiyyətə qaytarılması üçün təxribatçı plan hesab edir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, 64 bələdiyyənin hamısında - həm mer, həm də şəhər şurası seçkilərində asanlıqla qalib gələcəklər. Onun sözlərinə görə, müxalifətin taktikası hakimiyyətin işini xeyli asanlaşdırıb.

Politoloq Azər Niftiyev Sherg.az deyib ki, gedişat seçkilərdə hakim "Gürcü Arzusu" Partiyasının qalib gələcəyini göstərir. Ekspert bildirib ki, Kobaxidzenin bəyanatı kifayət qədər ciddi açıqlamadır:
"Rəy sorğuları da "Gürcü Arzusu"nun daha öndə olduğundan xəbər verir. Saakaşvilinin Gürcüstanda demokratik cəmiyyətin qurulmasında xidmətləri danılmazdır. O da məlumdur ki, Saakaşvili Qərbin Gürcüstanda, sonra Ukraynada yerləşdirdiyi, dəstəklədiyi bir lider idi. Ancaq sonradan ondan imtina olundu. Xatırlayırsızsa, Gürcüstanın qərbyönlü sabiq Prezidenti Salome Zurabişvili də Saakaşvilini əfv etmədi. Qərb Saakaşvilidən əlini çəkib, ona görə də onun bəyanatları dəstək, ciddi reaksiya görmür. Seçicilər artıq Saakaşviliyə etimad göstərmirlər. Keçmiş prezident ölkə siyasətində həlledici söz sahibi deyil. Qonşu ölkədə hər seçki dönəmində, xüsusən seçkidən sonra aksiyalar, mitinqlər təşkil olunur. Müəyyən etirazlar ola, hətta hansısa cüzi dəyişiklik də baş verə bilər. Amma bunlar ümumi nəticəni dəyişmək gücündə olmayacaq. Əslində, baş verənlər göstərir ki, regionda və qlobal miqyasda ən düzgün siyasəti məhz Azərbaycan həyata keçirir. Bakı bütün tərəflərlə balanslı siyasət yürüdür, hər məsələdə milli maraqları ön planda tutur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm