
Sertifikat tələb etmək alıcının haqqıdır - Eyyub Hüseynov
02:37 03.10.2025
Aktual
732
Hansı yağ bərkdirsə, keyfiyyət də ondadır
“Yeni Zelandiya yağı ucuz idi, amma keyfiyyəti yüksək - niyə indi belə yağ yoxdur?”
“Hansı yağ daha keyfiyyətli, əsl kərə yağıdır” sualına illərdir cavab tapılmır. Marketlər satışdakı yağları tərifləyir, bazardakılar da özlərinin satdığını. Bir neçə il əvvəl ölkəyə idxal olunan kərə yağlarını rəflərdə görmək olurdu. İndi isə satışdakı kərə yağlarının 90 faizi ölkədə paketlənir. Əhalini şübhəyə salan da elə budur. Haramlıq o qədər yayılıb ki, kimsə ölkədə paketlənən yağlara əlavə qatqılar, piy, palma, yaxud bitki yağı, ümumiyyətlə, tərkibinin nədən ibarət olduğu bilinməyən maye şəkilli yağlar qatılmayacağına inanmır. Kərə yağı adı altında satılan yağların tərkibinə böyük miqdarda trans yağlar qatılır. Zatən kərə yağı adıyla satılan yağların nə dadı, nə də quruluşu kərə yağına uyğun gəlir. Bazarlarda kərə, nehrə yağı adıyla satılan yağlarısa kənd camaatının özü “abarat yağ” adlandırır. Yəni südü maşınla fırlatdıqdan sonra qalan üzsüz maye. Problem bundadır ki, kərə yağını qiymətinə görə də ayırd etmək olmur daha. Kərə yağlarının qiymətində çox cüzi fərq olur. Bu, heç bir halda keyfiyyət göstəricisi ola bilməz, çünki qiymətlər idxalçı şirkətə, idxalın ucuz və ya baha başa gəlməsinə bağlıdır. Bəziləri əsl yağın rənginin mütləq sarı, sarımtıl olduğunu deyir. Amma “yağlara rəng vurub saraldırlar”, söhbəti də var. Medicina.az. bildirir ki, supermarket rəflərində və ya kənd bazarlarında müxtəlif rəngli yağlara rast gəlinir. Bəziləri daha ağ, bəziləri sarımtıl rəngdə. Sarı kərə yağı, ümumiyyətlə, təbiətdə otlayan inəklərin südündən hazırlanır. Otlarda olan beta-karoten (A vitamininin xəbərçisi) kərə yağına qızılı sarı rəng verir. Daha təbii və qatqısız istehsaldan gəldiyi üçün yüksək qida dəyərinə malikdir. Ağ kərə yağı isə adətən ot, silos və ya hazırlanmış yemlə bəslənən inəklərin südündən hazırlanır. Bu yemlərdə beta-karotin olmadığı üçün rəngi ağa daha yaxın olur. Enerji və yağ turşuları baxımından zəngindir, lakin sarı kərə yağı kimi A vitamini və antioksidanlarla zəngin deyil. Sarı kərə yağı tərkibindəki yüksək vitamin və antioksidant tərkibinə görə daha sağlam sayılır. Ağ kərə yağı da istifadə edilə bilər, lakin onun qida dəyəri sarı yağdan daha məhduddur.
Mütəxəssislər hesab edir ki, kimyəvi əlavələr və aşağı keyfiyyətli yağ qarışıqları qatılmış yağlar dadı və qoxusu ilə əsl yağdan fərqlənir. Yağlara vurulan bu qatqılar sağlamlığa zərər verən maddələrdən ibarətdir. Kərə yağı alarkan bunlara diqqət edilməlidir: Etiketdə "təmiz kərə yağı" ifadəsinin yazılmasına. Keyfiyyət sertifikatı və mənşə ölkəsi haqqında məlumatların olmasına. Məhsulun təbii kərə yağına məxsus yumşaq, kremşəkər dada malikm olmasına.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, kərə yağlarıyla bağlı istehlakçılar hər gün şikayət edir:

- İllər əvvəl ölkəmizdə Yeni Zelandiya kərə yağları satılırdı. Nisbətən ucuz qiymətə idi. İstehlakçılar şübhələnirdi ki, niyə ucuzdur, keyfiyyətsizdir bəlkə, ona görə. Mən özüm Yeni Zelandiyaya səfər etmişəm, “Westqold“ yağlarının istehsal olunduğu zavodda olmuşam, istehsal prosesini, qablaşdırma, paketlənmə prosesini izləmişəm. Və bu yağ paketlərinin üzərinə Azərbaycan dilində qeydlərin vurulduğunu öz gözlərimlə görmüşəm. Həmin zavodun öz təsərrüfatı var, inəklər açıq havada, göy otlaqlarda bəslənir, süni qidalarla yemlənmir. Bu yağlar Gürcüstan üzərindən Azərbaycana gətirilirdi deyə, ucuz başa gəlirdi. Hazırda marketlərdə satışa çıxarılan kərə yağlarının keyfiyyətinə AQTA nəzarət edir. Alıcılar yağ alarkən sertifikat tələb edə bilər, bu, onların hüququdur. Bazarda satılan yağların tərkibində isə naməlum qatqılar var, onların keyfiyyətinə zəmanət yoxdur. İstehlakçılara məsləhətim budur ki, yağ alarkən bərkliyinə baxsınlar. Hansı yağ daha bərkdirsə, onu alsınlar. Yumşaq yağların tərkibində marqarin daha çoxdur. Ölkəmizə Almaniya, Fransadan da kərə yağları idxal olunur. Normal yağlardır, standartlara uyğundur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm