BŞİH-də “Heydər Əliyev” kitabının təqdimatı keçirilib
Yusif Nəzərli
05:47 20.12.2023
Gündəm
375
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Xalqımızın Ümummmilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun yeni layihəsi - Ulu Öndərin həyat və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən elmi məqalələr toplusu olan “Heydər Əliyev” kitabının təqdimatı keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə tanınmış tarixçilər, tədqiqatçı-alimlər, elm və mədəniyyət xadimləri, Millət vəkilləri, dövlət qurumlarının və ölkə ictimaiyyətinin, KİV-lərin nümayəndələri, Vətən Müharıbəsi veteranları və qazilər, din xadimləri iştirak ediblər.
Ətraflı
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və kitabla bağlı videoçarx nümayiş etdirilib.
Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən iki fəsildən ibarət akademik xarakterli bu kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun yeni layihəsidir. Eldar Əzizov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin və ölkə başçısı İlham Əliyevin siyasətinin yaxından öyrənilməsi və təbliği Azərbaycanda sabitliyin qorunması və ölkəmizin gələcək inkişafına təminat verir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərdən söz açaraq, Vətənini hədsiz dərəcədə sevən bu dahi insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasından danışıb və bu kitabın Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği işində mühüm rol oynayacağını vurğulayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm