
Deputat düz deyir: Narkotikdən daha təhlükəlisi qidalardır - EKSPERT
13:31 01.02.2024
Gündəm
513
"Bəli, ölkəyə idxal olunan ətlərdə, kolbasalarda, burgerlərin ətlərində Y621 adıyla tanınan Çin duzu mövcuddur. Bu da asılılıq yaradır. İnsana iştah gətirir və acanda da bu qidalar yada düşür"
Qida məsələləri ilə bağlı ciddi təhlükələr var. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Deputat bildirib ki, narkotikdən qorxuruq, amma ondan daha təhlükəlisi qidalardır:
“Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. “Coco-Cola”, “Fanta”-lar… Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimi, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızda su çıxır, gedirik, mağazaya Fransadan belə su gəlir, amma bizim sular yoxdur”.

Qida mütəxəssisi Ağa Salamov “Sherg.az”a açıqlamasında deyilənlərdə həqiqət payının böyük olduğunu bildirdi:
"Bəli, ölkəyə idxal olunan ətlərdə, kolbasalarda, burgerlərin ətlərində Y621 adıyla tanınan Çin duzu mövcuddur. Bu da asılılıq yaradır. İnsana iştah gətirir və acanda da bu qidalar yada düşür. Kolbasaların tərkibindəki ətlərdə isə nitrat duzu var. Bunu nəzərə alaraq bu qidadan ayda 1-2 dəfə ağız dadını dəyişmək üçün istifadə edilə bilər. Ancaq mütəmadi olaraq istehlak etdikdə orqanizmdə kimyəvi qatqıların dozasının artmasına gətirib çıxarır. Nəticədə piylənmə, ürək və bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. Rəngli, qazlı içkilərə gəldikdə isə bu məhsulların reklamları çox güclü olur. Bunların tərkibində fosfor turşusu mövcuddur və bu da şəkərin balanslaşdırılması üçündür. Bu maddə uşaqlarda sümük inkişafının qarşısını alır, yaşlılarda isə sümük əriməsinə səbəb olur. Hamilə xanımlara qəti qadağandır. Düşünürəm ki, adi su, kampotlar qəbul etsək, daha məqsədəuyğundur. Çünki bunlar ən sağlam içkilər sırasına daxildir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehranda qisas bayrağı qaldırıldı
12:38 06.07.2026
Gündəm
İraq Qaanini “arzuolunmaz şəxs” elan etdi
12:32 06.07.2026
Dünya
Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq
12:24 06.07.2026
Ekologiya
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
11:59 06.07.2026
Dünya
Şuşada çərkəz musiqiləri ifa edilib
11:35 06.07.2026
Mədəniyyət
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm