
Əlbəttə, bələdiyyə sədrlərini birbaşa xalq seçməlidir - Məhərrəm Zülfüqarlı
11:39 01.02.2024
Gündəm
477
Bu zaman sədrlərin üzərinə daha böyük məsuliyyət düşər və xalqa xidmət edərlər
“Bələdiyyə sədrləri birbaşa xalq tərəfindən seçilməlidir”. Bunu Milli Məclisin yaz sessiyası üzrə keçirilən ilk iclasında deputat Siyavuş Novruzov deyib. O, bələdiyyə seçkilərində bir sıra dəyişikliklərin edilməli olduğunu bildirib: “Bildiyimiz kimi, bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. Düşünürəm ki, bələdiyyə sədrləri də xalq tərəfindən seçilməlidir. Həmçinin demək olar ki, prezidentliyə namizədlə bələdiyyə sədrliyinə namizəd eyni sənədləri tələb olunur. Onlara nümayəndə təyin edilməlidir. Sənədlərin yığılması çətindir. Seçki Məcəlləsində bu barədə bəzi məsələlər sadələşdirilməlidir. İlk növbədə say azaldılmalıdır. Türkiyə kimi ölkədə təxminən 800 bələdiyyə fəaliyyət göstrərir, əhalisi daha az olan bizdə isə 1600 bələdiyyə var. Burada sadələşdirilmiş mexanizm lazımdır”.

Təklifi dəyərləndirən AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Sherg.az"a açıqlamasında deyib ki, bələdiyyə seçkiləri ilə bağlı kifayyət qədər beynəlxalq təcrübələr mövcuddur:
“Bir vaxtlar Amerika Respublikaçılar İnstutunun seçki kompaniyası akademiyası Azərbaycanda fəaliyyət göstərirdi. Millət vəkili Siyavuş Novruzov, Qüdrət Həsənquluyev bu akademiyanı bitirərək sertifikat alıblar. Yəni, onlar beynəlxalq təcrübəni yaxşı bilirlər. Bələdiyyə yerli özünüidarəetmə olduğuna görə, bələdiyyə seçkilərində sədrlər deputatlar tərəfindən deyil, birbaşa xalq tərəfindən seçilməlidir. Bu zaman sədrlərin üzərinə daha böyük məsuliyyət düşər və xalqa xidmət edərlər. Bu demokratik yanaşma tərzi kimi qiymətləndirilir. Beynəlxalq təcrübədə müsbət yeniliklər var. Azərbaycanda 2000-ci ilə qədər 25 nəfəri partiyalar seçir və sədr, müavinlər başda olurdu. Siyahı təqdim edilirdi. Onlar da arxayınlaşırdılar ki, partiya səsverməsində birinci yerdə sədrdi və o da seçiləcək".
Ekspert vurğulayıb ki, Polşada isə seçici həm partiyaya, həm də siyahıdaki namizədə səs vermə hüququ var :
“Bu da partiyanın siyahısında yerlərin dəyişməsinə səbəb olur. Məsələn, birinci yerdəki şəxs 25- ci yerə düşə bilir. Bu təklifin reallaşdırılmasını məqsədəuyğun hesab etmək olar. Demokratik ölkələrdə də şəhər merləri xalq tərəfindən birbaşa seçilir. Düşünürəm ki, gələcəkdə bu təcrübədən bizdə istifadə etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehranda qisas bayrağı qaldırıldı
12:38 06.07.2026
Gündəm
İraq Qaanini “arzuolunmaz şəxs” elan etdi
12:32 06.07.2026
Dünya
Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq
12:24 06.07.2026
Ekologiya
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
11:59 06.07.2026
Dünya
Şuşada çərkəz musiqiləri ifa edilib
11:35 06.07.2026
Mədəniyyət
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm