Fransa artıq Qarabağdakı reallıqları qəbul edir - Politoloq
10:39 06.02.2022
Gündəm
632
"Geosiyasi proseslərin yaratdığı mövcud şərtlərdə Bakının müharibədən sonra irəli sürdüyü gündəliyin Qərbdə də qəbul edilməsi prosesi sürətlənir"
Azərbaycan, Fransa, Avropa İttifaqı Şurasının prezidentləri və Ermənistanın baş nazirinin videoformatda görüşü keçirilib. Görüşün təşəbbüskarı Makrondur. Ekspertlərin fikrincə, Aİ-yə sədrliyi üzərinə götürən Fransa prezidentinin belə bir görüşün təşkilində maraqları var.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Makron Merkeldən sonra Avropanın lideri olmaq istiqamətində çalışır:
"Münaqişənin həllində uzaq düşdükləri bölgəyə Aİ-yə sədrliyi dövründə qayıtmaq istəyir. Burada əsas məqam “Fransanın prosesə qayıtması Minsk qrupu formatının dirilməsinə şərait yarada bilərmi” sualıdır. Bu sualın cavabına, eləcə də Makronun aktivləşməsi və görüşün keçirilməsinə Rusiya-ABŞ qarşıdurması kontekstində baxa bilərik. Paris və Berlin Moskvaya qarşı Vaşinqton cəbhəsində yer almır. Burada enerji maraqları ilə yanaşı, NATO daxilində cəbhələşmə də həlledici rol oynayır. Makronun fevralın 7-də Putinlə görüşə hazırlığı, fevralın 15-də Şolzun Moskvaya planlaşdırılan səfəri də deməyə əsas verir ki, Rusiya ABŞ-la qarşıdurmada Avropa üzərindən bir addım öndədir. Mümkündür ki, Makronun bunun qarşılığında ruslardan istədiyi məsələlərdən biri də münaqişədən sonra uzaq düşdüyü Cənubi Qafqazda aktivləşmək, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi iştirak etməkdir. Fransa prezidenti bununla Avropanın yeni liderlik missiyasını gücləndirir. Aİ-yə sədrlik edən ölkə kimi Brüsselin Bakı-İrəvan xəttində vasitəçiliyini üzərinə götürür. Kiçik detal da olsa, prezident seçkiləri öncəsi bu gedişlər Fransadakı 700 minə yaxın erməni icmasının dəstəyini qazanmağa imkan yarada bilər. Moskva-Paris anlaşmasının tərkib hissəsi kimi görünən Fransanın proseslərdə iştirakı Rusiyanın maraqları kontekstində də diqqət çəkir".
A.Nərimanlıya görə, ruslar ABŞ-a qarşı Avropadan cəbhə açmaq siyasətini genişləndirir:
"Aİ ilə Minsk qrupu formatına qarşı Qərbdə yaradılan alternativ Fransanın iştirakı ilə daha da güclənir. Minsk qrupunun iki həmsədr ölkəsinin Cənubi Qafqazda rusların vasitəçiliyi ilə əldə olunan reallığı qəbul etməsi digər həmsədr ölkənin – ABŞ-ın təklənməsi və bölgəyə müdaxilə imkanlarının zəifləməsi ilə nəticələnir. Bu baxımdan, Fransanın görüşü Minsk qrupunun həmsədrindən daha çox, Aİ-nin sədri kimi təşkil etdiyini deyə bilərik. Makron və Şarl Mişelin görüşün yekunlarına dair birgə bəyanatında diqqətçəkən detallar da bu fikri önə çıxarır. Mişel və Makronun birgə bəyanatında Minsk qrupuna istinad edilmir. "Dağlıq Qarabağ münaqişəsi” qeydi yoxdur. Ümumiyyətlə Qarabağın adı çəkilmir. Bu o deməkdir ki, Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxıb. Fransa Minsk qrupunun həmsədri olaraq postmünaqişə dövrünün reallığını qəbul edir. Bu, Bakının Minsk qrupuna təqdim etdiyi postmünaqişə dövrünə dair fəaliyyət istiqamətinin Paris tərəfindən də qəbul edilməsi deməkdir. Görüş və bəyanat postmünaqişə dövrünə həsr edilib. Geosiyasi proseslərin yaratdığı mövcud şərtlərdə Bakının müharibədən sonra irəli sürdüyü gündəliyin Qərbdə də qəbul edilməsi prosesi sürətlənir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya