İran ABŞ-ın kəşfiyyat obyektlərini vurdu: Milyardlarla dollar zərər

İranın pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirdiyi hücumların ABŞ-ın Yaxın Şərqdəki kəşfiyyat obyektlərinə və avadanlıqlarına milyardlarla dollar zərər vurduğu iddia edilir.

Məlumata görə, hücumlar nəticəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) və digər kəşfiyyat qurumlarının istifadə etdiyi bəzi bina və avadanlıqlar zədələnib. ABŞ rəsmiləri obyektlərdəki dağıntıların miqyasını “misli görünməmiş” adlandırıb.

Bildirilir ki, zədələnmiş obyektlərin bərpası və avadanlıqların yenilənməsi milyardlarla dollara başa gələ bilər.

ABŞ mediasında yayılan digər məlumatlara görə, fevralın 28-dən etibarən İranın hücumları nəticəsində ABŞ ordusunun Yaxın Şərqdəki ən azı 16 bazasına müxtəlif səviyyələrdə zərər dəyib.

İranla müharibənin ümumi maliyyətinin isə ən azı 50 milyard dollar olduğu da iddia edilir.