
İzmirdə Qərbi Azərbaycan İcmasının Türkiyə ofisinin açılışı olub
17:10 12.12.2024
Gündəm
305
Türkiyənin İzmir şəhərində Qərbi Azərbaycan İcmasının (QAİ) Türkiyə ofisinin açılışı gerçəkləşib. Türkiyənin dövlət rəsmilərinin, vilayət rəhbərliyinin, ziyalıların və İzmirdə yaşayan azərbaycanlıların iştirakı ilə təşkil olunan tədbirdə Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə açılış çıxışı edən QAİ Türkiyə təmsilçisi Asif Qurban ofisin QAİ-nin Azərbaycandan kənarda açılan ilk ofisi olduğunu bildirib və Türkiyədə sayı təxminən 1,5 milyon nəfər olan Qərbi Azərbaycan əsilli şəxsləri ətrafında birləşdirmək, qərbi azərbaycanlıların tarixi vətənlərinə ləyaqətli qayıdış hüququnu təşviq etmək məqsədi daşıdığını qeyd edib. QAİ Türkiyə təmsilçisi yeni yaradılan ofisin qarşısında duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan akademik konfranslar, simpoziumlar və digər fəaliyyət istiqamətləri barədə məlumat verib.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov XIX əsrdə çar Rusiyası tərəfindən Azərbaycana qarşı aparılan demoqrafiyanın dəyişdirilməsi siyasəti haqqında geniş məlumat verib, bunun davamında XX əsrdə Ermənistanın məqsədyönlü siyasəti ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın doğma yurdlarından didərgin salındığını ifadə edib. Səfir, bir sıra dövlətlərin Azərbaycana qarşı siyasətində önə çıxan ikili standartlara diqqət çəkərək, qərbi azərbaycanlıların dədə-baba yurdlarına qayıtması hüququna etinasız yanaşmanın yolverilməz olduğunu qeyd edib. O, ümidvar olduğunu bildirib ki, Ümummilli lider Heydər Əliyevin anım günü kimi önəmli bir tarixdə açılışı həyata keçirilən QAİ-nin Türkiyə təmsilçiliyi Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında fəal rol oynayacaqdır. Səfir yeni yaranan ofisə fəaliyyətində uğurlar arzulayaraq Azərbaycan tarixinə işıq tutan kitablar hədiyyə edib.
Qeyd edək ki, QAİ Türkiyə ofisinin rəhbəri, əslən Qərbi Azərbaycanın Hamamlı mahalının Saral kəndindən olan Dr. Asif Qurban 31 ildir ki, İzmirdə yaşayır və bir çox qeyri-hökumət təşkilatlarına rəhbərlik edib. Nümayəndəliyin fəaliyyət istiqqmətləri arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ardıcıl şəkildə Qərbi Azərbaycandan deportasiya olunan 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində beynəlxalq təşkilatlarla iş sistemini gücləndirmək kimi məsələlər yer alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Pəhləvi ilə görüşdü
23:38 13.03.2026
Dünya
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
23:20 13.03.2026
Siyasət
Tramp İranla bağlı bunu deyirsə, demək... - Lukaşenko
22:38 13.03.2026
Ekologiya
Neftin qiyməti yüksəlir
22:19 13.03.2026
İqtisadiyyat
Azərbaycandan sonra daha bir ölkə İrana yardım göndərdi
21:44 13.03.2026
Gündəm
Stubb: Finlandiya nüvə dövləti olmağı planlaşdırmır
21:30 13.03.2026
Dünya
Tramp Rusiyanın İrana yardım etdiyini istisna etmir
21:25 13.03.2026
Gündəm
Pentaqon Yaxın Şərqə əlavə qüvvə göndərir
21:10 13.03.2026
Dünya
Azərbaycanda ər arvadını qısqandığı üçün zəncirləyib
20:38 13.03.2026
Hadisə
Ceyhun Bayramov Türkiyə ərazisinə növbəti raket hücumunu qınayıb
20:23 13.03.2026
Siyasət
Köhnə avtobuslarda tarif dəyişikliyi yoxdur - AÇIQLAMA
20:17 13.03.2026
Sosial
ABŞ lideri: Putin İrana müharibədə kömək edir
20:15 13.03.2026
Dünya
Gələn həftə İrana ağır zərbələr endiriləcək - Tramp
20:07 13.03.2026
Dünya
Misir liderindən Pezeşkiana: Dərhal dayandırın!
20:00 13.03.2026
Region
İrandan indiyədək Azərbaycan sərhədi ilə 2309 nəfər təxliyə edilib
19:25 13.03.2026
Gündəm