
“Kəşfiyyatçıların qiyamı”
14:00 04.07.2023
Gündəm
372
SEPAH və ETTELAAT-ın əvvəl Şəmxaniyə, indi isə Əhmədiana tabe olmaqdan imtina etməsi həm də dini rəhbərə qarşıdır
"İranın Ali Milli Təhlükəsizlik Şurası ilə SEPAH və ETTELAAT arasında katib Əli Şəmxaninin zamanında yaranmış ixtilaflar çözülmək əvəzinə daha da dərinləşir".
Bu barədə siyasi şərhçi Cəmaləddin Quliyev deyib. Ekspert xatırladıb ki, məhz bu ixtilaflar səbəbindən Əli Şəmxani əleyhinə kompromatlar toplanmış, yaxın köməkçisi Əli Əkbəri Britaniyaya casusluq ittihamı ilə həbs edilmişdi:
"Sonra Şəmxaninin oğullarının adı böyük korrupsiya əməllərində hallanaraq istefaya məcbur edilmişdi. Yeni katib, general-mayor Əli Əkbər Əhmədianın İranın müxtəlif təhlükəsizlik xidmətlərini yenidən Şuranın çətiri altında birləşdirmək cəhdləri ciddi maneələrlə üzləşir. Baxmayaraq ki, onun təşəbbüsləri ali rəhbər Əli Xamenei tərəfindən dəstəklənir. Xamenei təkcə qurum rəhbərləri arasında deyil, bütün səviyyələrdə qarşılıqlı anlaşma mexanizmini tapmaq üçün qurum rəhbərlərini iclasa dəvət etmişdi.Sızdırılan məlumatlara görə, Xameneinin xidmət rəhbərləri ilə görüşündən sonra Əhmədian Ali Rəhbərin tövsiyələrini həyata keçirmək və xidmətləri vahid sistemdə birləşdirmək üçün onları Məşhəd şəhərində görüşə dəvət edib. Bu qurumlara əvvəllər məhz Ali Milli Təhlükəsizlik Şurası tərəfindən nəzarət edilirdi. Lakin iclasda İslam İnqilabı Keşikçiləri Korpusunun Təhlükəsizlik Agentliyinin komandiri general-mayor Məhəmməd Kazemi öz aparatının hər hansı digər təşkilatın nəzarətində olması perspektivini rədd edib. O, hesabatlarının hərbi sirr olduğunu vurğulayaraq, hər hansı başqa qurumun, xüsusən şuradakı mülki şəxslərin onlara baxa bilməyəcəyini vurğulayıb. Mənbənin sözlərinə görə, Kazemi xüsusən də Şamxaniyə yaxın olan və Böyük Britaniyaya casusluq ittihamı ilə edam edilən polkovnik Əli Əkbərinin işini gündəmə gətirib və şurada digər casusların da ola biləcəyinə işarə edib. O iddia edib ki, buna görə də paralel qurumların çoxluğu həyati əhəmiyyət kəsb edir və Ali Şuraya digər qurumların kəşfiyyat məlumatları verilməməlidir. Təhlükəsizlik naziri İsmayıl Xətib də Ali Şuraya hesabat təqdim edilməsinə qarşı çıxıb".

Analitik bildirib ki, İranda səkkiz rəsmi təhlükəsizlik və kəşfiyyat orqanı var: "Onların hər biri ayrı-ayrılıqda, digər qurumlarla koordinasiya olunmadan işləyir. Paralel iş qurumların digərlərinə məlumat vermədən konkret məsələdə bir-birilərini təkrarlamasına səbəb olur. Ali Təhlükəsizlik Şurası prezident və dini rəhbərə tabedir. Dini rəhbərin Şura vasitəsilə bütün kəşfiyyat qurumlarına vahid koordinasiya həyata keçirməyə çalışmasına qarşı, göründüyü kimi, ciddi müqavimət var. SEPAH və ETTELAAT-ın əvvəl Şəmxaniyə, indi isə Əhmədiana tabe olmaqdan imtina etməsi həm də dini rəhbərə qarşı “kəşfiyyatçıların qiyamı” kimi nəzərdən keçirilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə