Minsk qrupu tükənib, yeni, tamamilə fərqli həll yollarına ehtiyac var - İqor Korotçenko
Minsk qrupu tükənib, yeni, tamamilə fərqli həll yollarına ehtiyac var - İqor Korotçenko
17:51 06.02.2022
Gündəm
919
ATƏT-in Minsk qrupunun mandatı və qrupun özü artıq tükənib və yeni həll yollarına ehtiyac var.
Bunu Trend-ə Rusiyanın "Natsionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüşün yekununa dair bəyanatı şərh edərkən söyləyib.
Qeyd edək ki, bu bəyanatda Minsk Qrupundan bəhs edilməyib.
"İndiki hərbi-siyasi vəziyyətdə ATƏT-in Minsk Qrupunun əvvəlki mandatı faktiki olaraq tükənib və artıq əvvəlki səlahiyyətləri ilə bu qrupa tələbat ola bilməz, buna görə də görüş zamanı bu barədə heç bir söz açılmayıb", - ekspert bildirib.
ATƏT-in Minsk Qrupunun yeni imkanlarına gəlincə isə, Korotçenkonun fikrincə, Qrup, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycanın siyasi-hüquqi sahəsinə inteqrasiyasına yardım kimi məsələləri öz üzərinə götürməlidir.
"Bunun üçün ATƏT-in Minsk qrupunun fəal iştirakı ilə bu prosesin konkret yol xəritəsini hazırlamaq lazımdır.
Birinci və əsas şərt Ermənistanın bütün qeyri-qanuni silahlı birləşmələrinin Qarabağ bölgəsindən tezliklə çıxarılmasına köməklik etməkdir", - deyə İ. Korotçenko vurğulayıb.
O, həmçiin qeyd edib ki, son görüş və onun nəticələri yeni reallıqlar dövrünün yaxınlaşması mənasında ehtiyatlı nikbinlik yaradır.
"Fransa öz oyununu oynayır və bu, bir neçə amillə bağlıdır. Birinci və əsas amil Fransada siyasi və maliyyə baxımından kifayət qədər effektiv olan güclü erməni lobbisinin təsiridir. Biz tez-tez görürük ki, Fransa prezidentliyinə müəyyən namizədlərin çıxışlarını müşayiət edən anti-Azərbaycan ritorikası da Fransanın erməni vətəndaşlarının səsini cəlb edən amil kimi istifadə olunur. Fransadakı erməni lobbisi kifayət qədər güclüdür. Fransanın mövcud reallıqları qəbul etməsi üçün yəqin ki, müəyyən bir müddət keçməlidir. Hesab edirəm ki, Fransa öz mövqeyini həm sözdə, həm də əməldə nümayiş etdirməlidir - xüsusən də Fransa prezidentliyinə namizədlərin Azərbaycanın Qarabağ bölgəsinə səfərinə rəsmi qadağa qoyulmalıdır. Bu, Fransada hüquqi baxımdan rəsmiləşdirilməlidir. Yenə deyirəm, biz rəsmi Parisin kifayət qədər ikili mövqeyinin şahidi olmuşuq. Onların indi müsbət çıxış etmələri o demək deyil ki, bəzi məsələlərdə mənfi danışmağa davam edə bilməzlər. Ona görə də burada daimi monitorinq və Parisin hər hansı yanlış hərəkətlərinə aydın diplomatik reaksiya lazımdır. Amma ümumilikdə görüşün nəticələrini Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndiririk, çünki hamı başa düşür ki, ATƏT-in Minsk qrupunun mandatı, həm də Minsk qrupunun özü tükənib, yeni, tamamilə fərqli həll yollarına ehtiyac var. Ümid edirəm ki, Paris sağlam düşüncə nümayiş etdirəcək və bu prosesə sadiq olacaq", - İ. Korotçenko bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya