Nazirlik rəsmisi: "Utilizasiya qısa müddətdə havanın keyfiyyətini yaxşılaşdıra bilər"
13:00 01.02.2024
Gündəm
397
Utulizasiya proqramı qısa müddət ərzində həm havanın keyfiyyətinin yaxşılaşdırılmasına, həm də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasına kömək edəcək.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
"Azərbaycanda bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür. Ötən il ölkəyə 2021-ci ilə nisbətən 19 dəfə çox elektromobil idxal olunub. Bu, ümumi idxal olunan nəqliyyat vasitələrinin 3,5 %-ni təşkil etsə də, iki il ərzində bu qədər kəskin artımı görürük. Bu, o deməkdir ki, 2019-cu ildən başlayan stimullaşdırıcı tədbirlər öz bəhrəsini verir",- deyə o qeyd edib.
F.Mütəllimov hazırda ölkənin nəqliyyat parkında 80 %-dən çox nəqliyyat vasitəsinin yaşı 10 ildən çox olduğunu diqqətə çatdırıb: "Onlardan 5 %-i isə 20 ildən yuxarı istehsal-buraxılış ilinə malikdir. Nəqliyyat parkının yaş strukturuna baxanda havaya ən çox mənfi təsir edən amilin nəqliyyat vasitələri olduğuna təəccüblənməmək lazımdır. Nəqliyyat vasitəsi köhnəldikcə atmosferə atılmalar da artmaqdadır. 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP29 keçiriləcək. Beynəlxalq tədbirin əsas məqsədi ətraf mühitin yaxşılaşdırılması, atmosferə atılan istixana qazlarının azaldılmasına xidmət etməkdir. Yeni utilizasiya proqramının qəbul edilməsi də COP29-a bir töhfə və bu il çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən biridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehranda qisas bayrağı qaldırıldı
12:38 06.07.2026
Gündəm
İraq Qaanini “arzuolunmaz şəxs” elan etdi
12:32 06.07.2026
Dünya
Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq
12:24 06.07.2026
Ekologiya
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
11:59 06.07.2026
Dünya
Şuşada çərkəz musiqiləri ifa edilib
11:35 06.07.2026
Mədəniyyət
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm