İsrailin Baş naziri Benjamin Netanyahu ölkənin şimal bölgələrinə qarşı həyata keçirilən hücumların müzakirə ediləcəyi məhdud tərkibli təhlükəsizlik müşavirəsi keçirəcək.
Sherg.az xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" nəşrinin məlumatına görə, toplantı Hezbollah tərəfindən İsrailin şimalına raket və pilotsuz uçuş aparatları ilə hücumların artdığı bir dövrdə baş tutacaq.
Netanyahunun rəhbərliyi ilə keçiriləcək müşavirədə hansı rəsmilərin iştirak edəcəyi barədə məlumat verilməyib.
Məlumata görə, Hizbullahın hücumları səbəbindən İsrailin sərhəd bölgələrində təhsil müvəqqəti dayandırılacaq. İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir də vəziyyətlə bağlı ayrıca qiymətləndirmə toplantısı keçirəcək.
Gün ərzində Hizbullahın İsrailin şimalına yönəlmiş raket və pilotsuz aparat hücumları səbəbindən bir sıra yaşayış məntəqələrində hava hücumu siqnalları səsləndirilib.
İsrail ordusu hücumların böyük hissəsinin zərərsizləşdirildiyini, bəzi raket və pilotsuz aparatların isə açıq ərazilərə düşdüyünü bildirib.