Ölkənin strateji valyuta ehtiyatları 77.7 mlrd. dollara çatıb

Mərkəzi Bankın valyuta ehtiyatları 2025-ci ilin I yarımili ərzində 1.8% artaraq 11.2 mlrd. dollara, ARDNF-in ehtiyatları isə 10.8% artaraq 66.5 mlrd. dollara çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Qeyd edilir ki, ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 9.4% artaraq 77.7 mlrd. dollara çatıb.

Hesabat dövründə valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 106% təşkil etməklə beynəlxalq kifayətlilik normalarını üstələməkdə davam edib.