İranın xarici siyasət kursu bütün sahələrdə müsəlman və qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə əsaslanır.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" hesabında bildirib.
Dövlət başçısı Qurban bayramı münasibətilə Pakistan və Malayziyanın baş nazirləri ilə keçirdiyi telefon danışıqlarına toxunub. Pezeşkian rəsmi Tehranın hər zaman diplomatiyaya sadiq qaldığını vurğulayaraq, regionda sülh və razılığın əldə olunması istiqamətində Malayziyanın nümayiş etdirdiyi humanitar mövqeyə, həmçinin Pakistanın göstərdiyi effektiv səylərə və irəli sürdüyü təşəbbüslərə görə hər iki həmkarına təşəkkürünü ifadə edib.
İran Prezidenti mesajında bir daha qeyd edib ki, qonşu və islam ölkələri ilə hərbi, iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi ölkəsinin əsas strateji prioritetidir.