Putin: Ukrayna ilə bağlı nizamlanma Moskva və Kiyevin işidir

Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanmasının əsasən Moskva və Kiyevin məsuliyyəti olduğunu deyib.

Sherg.az xəbər verir ki, "Rusiya ABŞ-ın vasitəçilik səylərinə görə minnətdardır, lakin münaqişənin nizamlanması ilk növbədə Moskva və Kiyevin işidir, - deyə Rusiya prezidenti bildirib.

“Əgər kimlərsə bizə kömək etmək istəyirsə və bunu edirsə- biz görürük ki, ABŞ-ın hazırkı administrasiyası və ABŞ prezidenti (Donald Tramp - red.) səmimi şəkildə, bunu xüsusilə vurğulamaq istəyirəm, səmimi olaraq nizamlanmaya çalışırlar, bu münaqişə onlara lazım deyil, onların başqa prioritetləri var, biz buna yalnız minnətdarıq”, - deyə Putin jurnalistlərə bildirib.

O əlavə edib ki, digər ölkələrin, xüsusilə ABŞ-ın vasitəçilik səylərinə baxmayaraq, nizamlanma əsas etibarilə Rusiya və Ukraynanın işidir.

“Amma bu, ilk növbədə Rusiya və Ukraynanın işidir”, - deyə prezident vurğulayıb.