Rəsulzadə Bakıda 3 gün anılacaq
16:26 30.01.2024
Gündəm
415
Bakıda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Milli Şurasının sədri, ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilən "II Beynəlxalq Rəsulzadə Qiraətləri" konfransının açılış törəni keçirilib.
"Sherg az"ın məlumatına görə, elmi konfrans Azərbaycan Prezidenti İlham Əliyevin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamının oxunması ilə başlayıb.
Mərasimdə dövlət rəsmiləri, diplomatlar, aydınlar , Rəsulzadənin ailəsinin üzvləri - nəvəsi Rais Rəsulzadə, baçısı nəvələri , jurnalistlər, ictimai xadimlər və Rəsulzadəsevərlər iştirak edib.
Azərbaycan Xalq artisti Alim Qasımovun böyük şair Zəlimxan Yaqubun Rəsulzadəyə həsr etdiyi şeirə bəstələdiyi mahnı konfrans iştirakçılarını riqqətə gətirib.
Sonra "Rəsulzadə Ev Muzeyi" İctimai Qrupunun təmsilçisi professor Solmaz Rüstəmova-Tohidi konfrans iştirakçılarını salamlayıb.
Daha sonra konfransın təşkilatçıları Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, Varşava Universitetindən Yan Malinski, Ankara Universitetinin rektoru Necdet Ünüvar (videoçıxış) və rejissor Vahid Mustafayev çıxış ediblər.
" ANS şirkətlər qrupu " nun prezidenti Vahid Mustafayev " Rəsulzadənin virtual ev muzeyi" vidiocarxını nümayiş etdirib.
3 saatdan cox davam edən elmi toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi önəmindən, Rəsulzadənin fəaliyyətindən bəhs edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Elm və Təhsil Nazirliyinin rəsmi nümayəndəsi, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri də konfrans zamanı çıxış edlib.
Sonda Rəsulzadə ailəsi adından Rəis Rəsulzadə tədbir iştirakçılarına təşəkkürlərini bildirib.
Konfrans müxtəlif panellər üzrə fevralın 1- dək Azərbaycan Milli Tarix Muzeyində davam etdiriləçək, 60 - dək alim öz elmi yeniliklərini təqdim edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya