Hacı Mazanın HƏKİMİ DANIŞDI: "Çoxsaylı sınıqlar var və... " - YENİLƏNİB


Bu gün qəza keçirən iş adamı hacı Ramazan Zeynalovun son vəziyyəti ilə bağlı yeni xəbər var. Tədris Cərrahiyə Klinikasından Lent.az -a bildirilib ki, xəstənin vəziyyəti ağır olaraq qalır: "R.Zeynalovun bədənində çoxsaylı sınıqlar var. Bütün lazımi tədbirlər görülür".15:47Qəza keçirən Ramazan Zeynalov hazırda Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyə Klinikasına yerləşdirilib.
Bu barədə Lent.az -a xəstəxanadan məlumat verilib. O, hazırda klinikanın reanimasiya şöbəsindədir.Bu arada Hacı Mazanın qəza zamanı şəkilən görüntüləri sosial şəbəkələrdə yayılıb.13:09Səhiyyə Nazirliyindən Lent.az -a bildirilib ki, qəza nəticəsində Hacı Mazan sağ budunun sınığı, qapalı kəllə beyin travması ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. O, xəstənin yaxınlarının istəyilə Bakı şəhərindəki xəstəxanalardan birinə gətirilir.****11:52Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.12:52
"Sherg.az" virtualaz.org-a istinadla xəbər verir ki, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.Faktla bağlı araşdırma aparılır.
Redaktor.az qəza nəticəsində yararsız hala düşən“Range Rover”in fotosunu yayıb.