Binəqədidə poçt şöbəsində quldurluq: İşçini bıçaqlayıb qaçdılar


Xocəsən qəsəbəsi ərazisindəki poçt şöbəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 15-də Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində yerləşən poçt şöbəsinə girmiş şəxsiyyəti məlum olmayan 2 nəfər orada işləyən E.İsgəndərovu bıçaqla hədələyib pul verməsini tələb edib. Amma müqavimətlə rastlaşdıqlarından ona bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Binəqədi Rayon Polis İdarəsi 40-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Babayev, Abşeron rayon sakinləri R.Layıçov və T.Əfəndizadə saxlanılıblar.

H.Babayevdən 5,229 qram marixuana götürülüb.