Tərtərdə əl qumbarası partladı - Bir nəfər öldü, bir yaralı var

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 

Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralının şəxsiyyəti hələlik açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.