Daha bir ailə məhv oldu: Məktubla gələn ölüm

Türkiyənin Adana şəhərində bir ailənin dörd üzvü ölü tapılıb. Hadisə gecə saatlarında Konyaaltı ərazisində baş verib. Ailə ilə əlaqə saxlaya bilməyən bir qohumu onların evinə gəlib, qapını nə qədər döysə də, açan olmayıb. Bundan sonra həmin şəxs polisə xəbər verib.

Hadisə yerinə gələn polis əməkdaşları evdə dörd nəfərin cəsədini tapıb.

Cəsədlərin 36 yaşlı Səlim Ş., 38 yaşlı Sultan Ş. və iki azyaşlı övladları Cərən və Əliyə aid olunduğu təsdiq edilib. Tibb işçiləri onların sionid turşusundan zəhərləndiyini bildirəndən sonra polis sakinlərdən binanı tərk etmələrini istəyib.

Qonşulardan biri hadisədən əvvəl onların evinə poçtla məktub gətirildiyini bildirib. Polis evdə müəmmalı məktub da tapıb. Hadisənin məktubla bağlılığı araşdırılır. 

Bina sakinləri gecəni küçədə keçiriblər.

Hadisənin baş verdiyi evə ilk daxil olan üç polis və üç həkimin, zəhərli qoxunun təsirindən vəziyyətləri pisləşib və onlar xəstəxanaya aparılıb.

Onların vəziyyətinin normal olduğu və həkim nəzarətində olduqları bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə bir ailənin sionid turşusu ilə özlərini zəhərləyərək intihar etmələri bütün ölkəni şoka salmışdı.