Bir qəzada 69 avtomobil bir-birinə girdi: 50 nəfər yaralandı - FOTOLAR

ABŞ-ın Virciniya ştatında zəncirvari qəza baş verib. Yerli polisin məlumatına görə, 69 avtomobilə zərər dəyib, 51 nəfər xəsarət alıb.

Bu barədə NBC xəbər yayıb.

Telekanalın məlumatına görə, qəza iki ştatı birləşdirən sürət yolunda baş verib. Belə kütləvi qəza zəncirvari reaksiyanın nəticəsi olub – hər şey birinci toqquşmadan başlayıb. Bundan başqa, əlverişsiz hava şəraiti də buna təsir göstərib. Sürücülər duman və yolda buzlanmaya görə idarəetməni itiriblər.

Şahidlər duman səbəbindən qarşıda baş verənləri görmədiklərini, buna görə qəzanın yaşandığını bildiriblər.

Həmçinin, hadisələri izləmək üçün maşını saxlayaraq düşən insanlar da zərərçəkənlərin sayının bu qədər çox olmasına səbəb olub.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Ölən yoxdur.