Yol qəzasında xəsarət alan şəxs xəstəxanada öldü

Bu gün günorta saatlarında Qax-Qorağan avtomobil yolunda avtoqəza qeydə alınıb.

Yevlax rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən, sürücü, 1992-ci il təvəllüdlü Cəsarət Vəliş oğlu Əlizadə aldığı xəsarətdən orada dünyasını dəyişib.

Digər yaralının, yəni sərnişinin isə vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra buraxılıb. Hadisəyə ilkin səbəb kimi yüksək sürət göstərilir.

Faktla bağlı araşdırma aparılır.