Xəyalı 70 il sonra gerçək oldu

Nəvə nənəsini arzusuna qovuşdurdu

 Antaliyada maddi çətinlik üzündən toyunda gəlinlik paltarı geyinə bilməyən Döndü Mətin (85), 70 il sonra ağ gəlinlik geyinərək xəyallarına qovuşdu.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Aksu qəsəbəsində yaşayan Döndü Mətin, 15 yaşında olarkən İbrahim Mətinlə evlənib. Yoxsulluq üzündən  toyunda gəlin paltarı geyinə bilməyən qadının bu evliliyindən 10 uşağı və 28 nəvəsi olub. 30 il əvvəl ərini itirən Mətin, nəvəsi Tülay Sezmişə ən böyük arzusunun ölməmişdən əvvəl bir dəfə gəlinlik paltarı geyinmək olduğunu söyləyib. Buna qarşı nənəsinə sürpriz etmək istəyən Sezmiş, bir restoranı kirayəyə götürərək yaxın ailəsini bir araya gətirib.
Nənəsini bir müddət gizlədən Sezmişin nitqi zamanı  ağ gəlinlik geyinən Döndü Mətin, ən böyük nəvəsi ilə restorana daxil olub. Toy havasında keçən gecədə Döndü Mətin, həm oynayıb, həm də türkü söyləyib.
Gecədə ailəsinə təşəkkür edən Döndü Mətin, xəyalının gerçək olduğunu ifadə edərək hər kəsi tək-tək öpüb. Nəvə  Sezmiş isə 10 dəqiqəlik bir əyləncə hazırladığını, ancaq nənəsinin 2 saat gəlinliyi əynindən çıxarmadığını söyləyib. Tülay Sezmiş, jurnalistlərə verdiyi açıqlamada, nənəsinin xəyalını gerçəkləçdirdiyi üçün xoşbəxt olduğunu söyləyib.

Turan