Bakı sakini liftin şaxtasına yıxılaraq ağır xəsarət alıb

Bakının Nərimanov rayonunun Məmməd Araz küçəsində Bakı sakini 1958-ci il təvəllüdlü Mənsimov Məsid Veysəl oğlu ehtiyatsızlıqdan binanın 6-cı mərtəbəsindən liftin şaxtasına yıxılıb.  

APA xəbər verir ki, o, ağır bədən xəsarətləri alaraq 1 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Şahidlərin verdiyi məlumata görə, lift nasaz vəziyyətdə olub.