Türkiyədəki zəlzələdə "Şaban"ın da evi dağıldı


Türkiyənin Elazığ şəhərində baş verən və 41 nəfərin həyatına son qoyan güclü zəlzələdə azərbaycanlıların da sevdiyi, "Şaban" adı ilə daha çox məşhurlaşan tanınmış aktyor Kamal Sunalın da evi dağılıb.

Kult.az xəbər verir ki, sözügedən ev mərhum aktyorun ata yurdu olub. Onun uşaqlığı da məhz bu evdə keçib.

Qeyd edək ki, yanvarın 24-də Elazığda 6.8 bal gücündə zəlzələ baş verib.