Möcüzə qurtuluş… 4-cü mərtəbədən düşən uşaq sağ qaldı


 İstanbul Şişli ərazisində evdə tək qalan 8 yaşlı uşaq 4-çü mərtəbədəki evlərinin balkonundan yıxılıb. 
O, əvvəl alt mərtəbədəki balkonun dəmirlərindən asılı vəziyyətdə qalıb.
Sherg.az xəbər verir ki, uşağın yapışıb qaldığı yerdə çırpındığını görən vətəndaşlar aşağıda əllərini açaraq uşağı tutmaq üçün gözləyib.




Çox dözə bilməyən uşaq buradan da 1-çi mərtəbəyə düşüb və burada balkonun dəmirlərindən yapışmağı bacarıb. Vətəndaşların təlimatıyla balkonun içəri tərəfinə keçən  uşaq burada qurtarılmasını gözləyib. Hadisə yerinə gələn xilasetmə uşağı qurtarıb. Bir xilasedici soyuq və qorxudan titrəyən uşağa formasını geyindirərək istitməyə çalışıb. Daha sonra hadisə yerində hazır gözləyən təcili yardıma alınan uşaq ilk müdaxilənin ardından xəstəxanaya aparılıb.
Uşağının yıxıldığı xəbərini alıb evə gələn ana vətəndaşların sözləri ilə xəstəxanaya qaçıb. Hadisəni görən vətəndaşlar, "Uşağın dəmirlərdən yapışdığını gördük, yerə düşə biləcəyini nəzərə alıb tez əllərimizi açıb, tutmaq üçün gözlədik. Uşaq yapışdığı yerdən düşdü, amma 1-çi mərtəbədəki balkonun dəmirlərindən yapışmağı bacardı. Oradan da xilasetmə qurtardı" deyə danışıblar.

Turan