“Vito” qəzaya uğradı: Sürücü öldü

Bakı-Zaqatala avtomagistralının Qax rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, qəza dünən rayonun Əmbərçay kəndində qeydə alınıb. 

Qəza zamanı 08-BJ-942 dövlət nömrə nişanlı, “Mercedes Vito” ilə 34-BE-954 dövlət nömrə nişanlı, “VAZ 2106” toqquşub. Hadisə nəticəsində “Jiquli”nin sürücüsü ölüb. 

Zərbənin təsirindən “VAZ 2106” işıq dirəyinə çırpılıb. 

Qəzanın səbəbləri məlum deyil.