Qazaxda məktəblinin həmyaşıdını bıçaqlaması ilə bağlı rəsmi AÇIQLAMA

Qazax Rayon Təhsil Şöbəsi orta məktəbdə baş verən bıçaqlanma hadisəsinə münasibət bildirib.

Şöbədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tənəffüs zamanı Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib.

Nihat Əliyev dərhal Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Qazaxın 1 saylı orta məktəbində doqquzuncu sinif şagirdi məktəb yoldaşını bıçaqlaması barədə məlumat yayılıb.