Azərbaycanda torpaq sürüşməsi: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Lerikdə torpaq sürüşməsi olub, 1 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çayrud kəndində baş verib.
Belə ki, torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb.
A. Əlirzayev ölüb, ailənin digər iki üzvü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.