Bakıda yaşayış binasında 13 elektrik sayğacı yanıb

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 13 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Sherg.az"a verilən məlumata görə, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.